Ukrayna sərhəddəki qüvvələrin sayını iki dəfə artırır
Dünya22:1010 noyabr, 2021

"Sərhədə Milli Qvardiyanın və Milli Polisin ehtiyat qüvvəsi də cəlb olunacaq"

Ukrayna sərhəddəki qüvvələrin sayını iki dəfə artırır
Bizi-da oxuyun

Ukrayna Belarusdan qeyri-qanuni miqrasiya təhlükəsi ilə əlaqədar dövlət sərhədində sərhədçilərin sayını iki dəfə artıracaq.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Denis Monastırski məlumat verib.

O qeyd edib ki, sərhədin təhlükəsizliyi üçün Milli Qvardiya və Milli Polis də cəlb olunacaq:

"Sərhədçilərə gəlincə, dövlət sərhədində onların sayı iki dəfə artırılacaq. Sərhədə Milli Qvardiyanın və Milli Polisin ehtiyat qüvvəsi də cəlb olunacaq", - DİN rəhbəri söyləyib.

Fikriniz