Bakı 9˚C Mostly cloudy w/ showers

Ukraynalı baş məşqçi: "Rüstəm Əhmədzadə üçün bizə təklif gəlməyib"

Gündəm 13:23 15 noy, 2021

Bu barədə komandanın baş məşqçisi İqor Leonov yerli mətbuata açıqlama verib

Ukraynalı baş məşqçi: "Rüstəm Əhmədzadə üçün bizə təklif gəlməyib"

Ukraynanın "Minay" klubu "Zarya"nın Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə ilə maraqlanmasına münasibət bildirib.

Qazet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi İqor Leonov yerli mətbuata açıqlama verib.

54 yaşlı ukraynalı mütəxəssis 21 yaşlı hücumçu üçün təklif almadıqlarını söyləyib. "Hələlik hansısa danışıq yoxdur. O, hazırda Azərbaycan yığmasının düşərgəsindədir. Rüstəm Əhmədzadə ilə bağlı bizə təklif gəlməyib. Mənə və kluba zəng edən olmayıb. Bütün bunlar şayiələrdir. Bir şey bilsəydim, deyərdim ki, təklif var".

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ildən "Minay"da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.