Bakı 10˚C Cloudy

Ukraynanın aylıq hərbi xərcləri açıqlandı

Gündəm 11:55 04 iyl, 2022

Denis Şmıqal bildirib

Ukraynanın aylıq hərbi xərcləri açıqlandı

Əvvəllər Ukrayna ordusunun saxlanmasına il ərzində 5,28 milyard dollar xərclənirdisə, indi Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ayda 4,4 milyard dollara başa gəlir.

Qazet.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

O, izah edib ki, Ukraynanın bütövlükdə büdcəsi ayda 8,46 milyard dollar təşkil edir və hərbi xərclərin kəskin artması səbəbindən 4-5 milyard dollarlıq çatışmazlıq yaranır.