Bakı 16˚C Partly sunny

Umac halvası və bəhməz halvası

Maraqlı 12:12 27 sen, 2021

Allah şəhidlərimizə rəhmət eləsin! 

Umac halvası və bəhməz halvası

Azərbaycan mətbəxində mərasim yeməklərinin xüsusi yeri var. Halva yaxınlarını itirən insanlar tərəfindən onun ruhunu xatırlamaq, yad etmək məqsədilə hazırlanır.Halvaya duz əlavə edərkən, həyatını itirən insanın adı çəkilir və ruhuna dua edilir. Bu gün əziz şəhidlərimizin xatirəsini yad edək və bu ənənəvi təamı evlərimizdə hazırlayaq. Allah şəhidlərimzə qəni qəni rəhmət etsin. Ruhları şad olsun!

Halvanın demək olar ki, hər bölgəmizə uyğun müxtəlif növləri var. Tər halva, çərəzli halva, səməni halvası və sair. Diqqətinizə bunlardan ikisinin hazırlanma qaydasını təqdim edirik:

Umac halvası

Tərkibi:

 1 kq un

Yarım kilo kərə yağı

Şərbət üçün:

1 kq şəkər tozu

3 stəkan su
1 çay qaşığı sarıkök
Darçın (istəyə görə)
Hazırlanması:

Şərbəti bişirmək üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət olduqda ocaqdan götürün.

Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın. Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxarın, təmizlənmiş umacı quru dəsmalın üzərinə sərib qurudun.

Kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.

Servis edərkən düz boşqaba yığıb, qaşıqla üzərini naxışlaya bilərsiniz.

 Bəhməz halvası

Tərkibi:
1 armudu st. bəhməz
1 armudu st. şəkər tozu
1 st. un
1 st. su
yarım paket marqarin (125 q)
1 armudu stəkan xırdalanmış fındıq ləpəsi
 Hazırlanması:

Bir qazanda şəkər tozu, bəhməz və suyu yaxşıca qarışdırın
Marqarini enli tavada əridin. Un və fındıq ləpəsini əlavə edib qızaranadək qovurun.
Ehtiyatla bəhməzli qarışığı əlavə edin. Qarışdırmağı dayandırmayın. Sonra vam odda, aradabir qarışdıraraq 20 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun. Əlinizlə parçalar qopararaq kündələyin, ortasına fındıq basın. 

  

 Məşhur azərbaycanlı “foodbloger” Ülviyyə xanım öz “İnstaqram” səhifəsində halva bişirməyini paylaşıb.Bu videoyazını da diqqətinizə təqdim edirik: