Uqanda hakimiyyəti 400 min doza koronavirus peyvəndini məhv edib
Dünya22:0914 yanvar, 2022

Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib.

Uqanda hakimiyyəti 400 min doza koronavirus peyvəndini məhv edib
Bizi-da oxuyun

Uqanda səlahiyyətliləri "Moderna"nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.

"Moderna" peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir", - səhiyyə naziri deyib.

Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib.

Fikriniz