Bakı 17˚C Sunny

Uşaq bezləri neçə saatdan bir dəyişdirilməlidir? - MƏSLƏHƏT

Maraqlı 18:50 18 yan, 2022


Yeni doğulmuş körpələr həyatının ilkin dövrlərində tualetə nəzarət edə bilmirlər 

Uşaq bezləri neçə saatdan bir dəyişdirilməlidir? - MƏSLƏHƏT

Körpəniz dünyaya gəldikdə, uşaq bezinin dəyişdirilməsi prosesini hələ yaşamamış ola bilərsiniz. Zamanla alışacağınız geyim prosesi hər gün sizin üçün daha asan olacaq. Bəs, yeni doğulmuş körpələrdə uşaq bezlərinin dəyişdirilməsinin müddəti nə qədər olmalıdır?

 Qazet.az-ın araşdırmalarına görə:

• Uşaq bezində nəmliyi minimuma endirmək üçün uşaq bezi mümkün qədər tez-tez dəyişdirilməlidir.

 

• Bezdə nəmlik dərinin qıcıqlanmasına səbəb olur.Nəticədə səpgilər əmələ gələ bilər.Nəcislə birlikdə uşaq bezində bakteriya və fermentlər əmələ gəlir.Fermentlər dəriyə nüfuz edərək dərinin zəifləməsinə və qıcıqlanmasına səbəb olur.


• Mütəxəssislərin fikrincə, yeni doğulan körpələrin sidik kisəsi əzələləri hələ inkişaf etməmişdir.Bu səbəbdən tualeti uzun müddət saxlaya bilmirlər. Əvvəlcə gündə 7-8 dəfə uşaq bezlərinin dəyişdirilməsi normaldır. Sonradan bu rəqəm gündə 4-5 bezə qədər azalır.

 

 

Bu səbəblə körpənizin bezini tez-tez dəyişdirməlisiniz və qızartı, səpkinin qarşısını almaq üçün uşaq bezi kremlərindən və ya təbii yağlardan istifadə edə bilərsiniz. 

Qız körpələrinin bezlərini dəyişdirərkən daha həssas ola bilərsiniz. Körpənizin altını öndən arxaya təmizləyərək mikrob tutma ehtimalının qarşısını ala bilərsiniz.
 

Bezi dəyişdirmək olduqca asandır. “Köhnələr” həmişə deyirlər ki, “əvvəllər nələr keçirmişik, çünki parçalarını qaynadıb tez tez dəyişərdik”. Əlbətdə ki, haqsız sayılmırlar. Bu gün uşaq bezləri tapmaq  çox asandır. Ən vacib məqam körpənizin altını müəyyən aralıqlarla yoxlamaqdır.

Ana südü verməzdən əvvəl altını dəyişmək məsləhətdir. 
Körpənizin gigiyenasına diqqət edərək körpənizi meydana gələ biləcək xəstəliklərdən qorumalısınız. Körpənizin həssas və incə olduğunu unutmayın!

 

 

* Körpənizin bezini isti otaqda dəyişdirin.

* Əgər uşaq hündür yerdə uzandırmısızsa, onu dəyişdirərkən onu tək qoymayın.

* Yeni doğulmuş uşağınızın altını suda qaynadılmış pambıq yastiqciqlarla da təmizləyə bilərsiniz.
* Yeni doğulan körpələrin altını uzun müddət açıq qoymayın. İlk dövrlərdə körpələr bir anda ətraflarını islada bilirlər və soyuq deyə bilər. 


* Əvvəlcədən parça və dəsmalı hazırlayın.  

* Körpənin altına qoruyucu parça qoyun.  

* Əgər qızartı varsa, uşaq bezi kremi çəkin.  

* Dərin qızartı vəziyyətində körpənizin altını havalandırın.