Bakı 20˚C Partly sunny

Uşaqları veqan yetişdirmək olarmı? - Sağlamlığa nə dərəcədə təhlükə yaradır

Maraqlı 19:57 02 iyn, 2022

Heyvanlara verilən hormonlar uşaqlar üçün təhlükəlidir

Uşaqları veqan yetişdirmək olarmı? - Sağlamlığa nə dərəcədə təhlükə yaradır

Dünyanın bir çox yerində insanların seçiminə təsir edən amillər kimi çox vaxt heyvan hüquqları, iqlim böhranı və sağlamlıq faydaları ilə çoxlu sayda insan veqan pəhrizinə keçməyi seçir. Bəs uşaqları veqan yetişdirmək olarmı? Vegan ailələr Hindistan mətbəxindən nə öyrənə bilər?

Qazet.az-ın məlumatına görə, elmi araşdırmalar göstərir ki, bitki əsaslı vegetarian və vegan pəhrizləri böyüklər üçün daha uyğundur.

Hindistanda təxminən 400 milyon insan əhalinin təxminən 39 faizi vegetarian olduğunu deyir. Hindistanda vegetarian yeməklərinin əksəriyyəti əslində vegan kateqoriyasına düşə bilər, yəni onların tərkibində heyvan mənşəli məhsullar yoxdur. Əksinə, ölkənin yerli taxıllara, paxlalılara və tərəvəzlərə əsaslanan çox zəngin qida tarixi var.

Ölkədə vegan pəhriz hərəkatı artır. Sosial mediada veqan pəhrizinin faydalarını müdafiə edən qruplar yerli məhsullarla hazırlanan reseptləri paylaşır və heyvani məhsulların əslində heç də lazım olmadığını vurğulayırlar.

Bu prosesdə bir çox vegan ailələr uşaqlarını necə qidalandırmaq sualı ilə qarşılaşırlar. Mütəxəssislər vegeterian pəhrizlərin uşaqlara təsirinin yaxşı qiymətləndirilməsi lazım olduğunu deyir və diqqətli qidalanma planlarını tövsiyə edirlər.



Uşaqlar üçün təhlükəsiz veqan pəhrizi

Uşaqların qidalanmasında ən vacib olan şey onların hər böyümə periodunda fərqli qida qaynaqlarına ehtiyac duymasıdır.

"Uşaqların böyüklərdən fərqli olaraq mədələri çox kiçikdir. Ona görə də onlar mümkün qədər müxtəlif qidalı yeməkləri qida rasionuna əlavə etməlidirlər", deyə professoru Meri Fevtrell bildirib.

Körpələrin sağlam böyüməsi üçün ən faydalı şeyin ana südü olduğunu söyləyən qidalanma mütəxəssisləri, ana südündən imtina edən kiçik uşaqlara veriləcək vegan yeməklərin çox yaxşı planlaşdırılması lazım olduğunu vurğulayırlar. Mütəxəssislər B12 vitamininin uşaqlarda xüsusilə ətdə istehlakına diqqət yetirilməsinin lazım olduğunu və bunun əlavə olaraq verilə biləcəyini deyirlər.

2016-cı ildə İtaliyada vegeterian olaraq böyüyən bir uşağın qanında kalsiumun kəskin şəkildə aşağı olduğu aşkar edildikdə, ailəsindən uzaqlaşmışdı. İtaliya mətbuatının yazdığı məlumata görə, həmin uşağın çəkisi 3 aylıq körpə ilə eyni olub.
 


Araşdırmada vegetarian uşaqların digər uşaqlara nisbətən ürək sağlamlığı baxımından daha sağlam olduqları müəyyən edilib. Digər tərəfdən, vegan uşaqların orta hesabla 3 santimetr daha qısa olduğu və sümük kütləsinin daha aşağı olduğu aşkar edilmişdir. 
Tədqiqatçıları narahat edən yeganə şey isə veqan uşaqların sümük mineral sıxlığının aşağı olması idi.
Araşdırmada ət və heyvan mənşəli məhsullar yeyən uşaqların zülalla, vegetarian uşaqların isə kalsiumla zəngin olduğu müəyyən edilib.
Ümumiyyətlə, digər tədqiqatlar vegetarian və veqan pəhrizlərinin uşaqlar üçün sağlam ola biləcəyini vurğulayıblar. Mütəxəssislər vegetarian uşaqlara və böyüklərə yedikləri yeməklərin qida balansına fikir vermələrini və vitamin əlavələri qəbul etməyi tövsiyə edirlər.
Digər tərəfdən isə sənaye və  əkinçilikdə heyvanlara verilən hormonların uşaqlar üçün təhlükəli ola biləcəyinə diqqət çəkilir.


Qaynaq