ÜST ərzaq bazarlarında vəhşi məməlilərin satışına son qoyulmasını istəyib
Gündəm16:0413 aprel, 2021

Qurum bu qərarı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Ətraf Mühit proqramı ilə birgə Cenevrədə verib

title
Bizi-da oxuyun

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) heyvanların daşıyıcı ola biləcəyi virusların insana yoluxma riskini azaltmaq üçün ənənəvi qida bazarlarında vəhşi məməlilərin satışına son qoyulmasını istəyib.

Qazet.az-ın məlumatına görə, qurum bu qərarı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Ətraf Mühit proqramı ilə birgə Cenevrədə verib.

Qərarda ölkələrdəki ənənəvi qida bazarlarında tutulan vəhşi məməlilərin satışının qadağan edilməsi barədə göstəriş verildiyi qeyd olunub.

"İnsanlarda yoluxucu xəstəliklərin baş verməsinin 70%-dən çoxunun mənbəyi heyvanlar, xüsusilə də vəhşi heyvanlardır", - deyə qurumun qərarında bildirilib.

Xatırladaq ki, COVID-19-un mənbəyini tapmaq üçün yanvar-fevral aylarında Uhana gedən ÜST mütəxəssisləri virusun mənşəyi ilə bağlı qəti bir nəticəyə gələ bilmədilər. Eyni zamanda, nümayəndə heyətinin 30 Mart tarixində yayımlanan yekun hesabatına görə, pandemiyanın yayılmasının ən çox ehtimal olunan versiyası koronavirusun bir heyvandan digərinə, daha sonra insanlara yoluxmasıdır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0