Bakı 15˚C Mostly sunny

ÜST meymunçiçəyinin adını dəyişdirəcək

Cəmiyyət 13:28 15 iyn, 2022

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib

ÜST meymunçiçəyinin adını dəyişdirəcək

Hazırda dünyanın bir çox ölkələrində yayılan meymunçiçəyi virusunun adı dəyişdiriləcək.

Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib. O xəstəliklərin adlandırılmasında coğrafi bölgələrdən və heyvan adlarından qaçınmağı məsləhət görüb. ÜST rəsmisi virusun davamlı olaraq Afrikadan gəlməsi kimi ifadələrin yanlış və ayrı-seçkilik olduğunu dilə gətirib.

Bu səbəbdən meymunçiçəyi virusunun yeni adları yaxın zamanda açıqlanacaq.

ÜST meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı təhlükəni qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb. Komitənin iclası iyunun 23-də keçiriləcək.

Son məlumatlara görə, 39 ölkədə 1,6 mindən çox insanda meymunçiçəyinə yoluxma aşkarlanıb. İlin əvvəlindən indiyədək meymunçiçəyinə yoluxan 72 nəfər ölüb.