Bakı 19˚C Sunny

Üzeyir Hacıbəyovun qardaşı nəvəsi - Jan Klemen Bayinin uşaqlığı və indisi

Gündəm 19:55 01 okt, 2021

O hər il Musiqi festivalında Bakıya səfərə gəlir

Üzeyir Hacıbəyovun qardaşı nəvəsi - Jan Klemen Bayinin uşaqlığı və indisi

Şəkildə sağda görünən Jan Klemen Bayi adlı şəxsin uşaqlığıdır. O Fransada dunyaya gəlib. Onun həyatının maraqlı hissəsi isə onun əslən şuşalı olmasıdır. 

Jan Klemen Bayi Üzeyir Hacıbəyovun qardaşı Ceyhun bəy Hacıbəylinin nəvəsidir. Bütün məşhur şuşalılar kimi onun da musiqiyə olan marağı onu ixtisasca musiqiçi olmağa vadar edib.
O hər il Musiqi festivalında Bakıya səfərə gəlir.

Qazet.az  Hajibeyov.com-a istinadən xəbər verir ki, o 2001-ci ildə elektron poçt vasitəsilə saytla əlaqə saxlayanda Üzeyir Hacıbəyovla bağlı fikirlərini də paylaşıb.

"Ailəm haqqında çoxlu orijinal məlumatlar toplamışam. Yoxlamalı olduğum çox şey var. Hələ hər gün ortaya çıxan bir çox sənəd var. Milli Arxivdə çoxlu materiallar var. Rejissor ora getməyimi istədi, amma vaxtım olmadı. Mənə dedi ki, babam Üzeyirlə birlikdə "Arşın Mal Alan" da və digər əsərlərdə işləyib" deyə o hələ 2001-ci ildə ailə ilə bağlı hər gün yeni məlumatlar əldə etdiyini qeyd edib.

-  


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.