Bakı 8˚C Sunny

Vaksin hazırlayan türkiyəli professor: “Omikron”dan qorxmağa ehtiyac yoxdur”

Cəmiyyət 11:48 02 dek, 2021

Mütəxəssisin sözlərinə görə, iki həftə sonra “Omikron” variantı ilə bağlı ümumi məlumat topladıqda qəti bir nəticəyə gələ biləcəklər

Vaksin hazırlayan türkiyəli professor: <span style="color:red">“Omikron”dan qorxmağa ehtiyac yoxdur”</span>

Almaniyada koronavirusa qarşı vaksin hazırlayan türkiyəli professor Uğur Şahin “Omikron” ştammı haqqında açıqlama verib.

Qazet.az “Haber Global”a istinadən məlumat verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Yeni “Omikron” variantına görə qorxmağa ehtiyac yoxdur. Çaxnaşmaya ehtiyac yoxdur. Bu variantda çoxlu müxtəlif mutasiyaların olduğunu bilirik. Bilirik ki, vaksin bu varianta daha az təsir edir, amma eyni zamanda da, xəstəliyin ağır təsirlərdən qoruyur”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, iki həftə sonra “Omikron” variantı ilə bağlı ümumi məlumat topladıqda qəti bir nəticəyə gələ biləcəklər.