Bakı 15˚C Mostly sunny

Vatsapda yeni funksiya yaradılır

Gündəm 20:44 01 may, 2022

Söhbət siyahısından statuslara baxmaq Android və iOS-da messencer yeniləmələrində mümkün olacaq. 

Vatsapda yeni funksiya yaradılır

Vatsapda yeni funksiya yaradılıb.

Qazet.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer istifadəçilərə statuslara birbaşa söhbət siyahısında baxmaq imkanı verir.

Beləliklə, kontaktlardan biri status dərc edərsə, onu həm "Status" bölməsində, həm də birbaşa söhbət siyahısında və ya kontaktı axtararkən görmək olar. İstifadəçi kontaktın profil şəklinə daxil olarkən, onun statusu açılacaq.

Söhbət siyahısından statuslara baxmaq Android və iOS-da messencer yeniləmələrində mümkün olacaq. Funksiya hələ ki işlək deyil.