Şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.
Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Vətən müharibəsi şəhidləri İlkin Süleymanov, Asif Abışov, Asim Cəfərli, Elyaz Qarayev və Murad Musayevin xatirəsinə həsr olunan anım mərasimində onların ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən və şəhidlərin şərəfli döyüş yolundan söhbət açıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.


"Whatsapp” istifadəçilərinə xoş xəbər: Yeni funksiya gəlir
Keçmiş Prezidentin evində axtarış aparıldı
Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? - AÇIQLAMA
Davos İqtisadi Forumu davam edir
Kral ailəsi ukraynalı qaçqınlara belə yardım edir
Vüqar Bayramov: "Zəngəzur dəhlizi tezliklə reallaşacaq"
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
İraqda güclü qum fırtınası baş verdi
Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqladı
Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək
Fikriniz
- Rəy yazın
- Rəylər
- "Whatsapp” istifadəçilərinə xoş xəbər: Yeni funksiya gəlir
Yenilik albomlardakı hansı fotolara reaksiya verildiyini öyrənməyə imkan verəcək
Cəmiyyət10:00 24.05.2022 - Keçmiş Prezidentin evində axtarış aparıldı
Prezident rüşvət almaqda ittiham olunur
Dünya09:55 24.05.2022 - Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? - AÇIQLAMA
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib
Səhiyyə / sağlamlıq09:52 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax