Bakı 16˚C Partly sunny

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı statistika AÇIQLANDI

Cəmiyyət 19:01 08 dek, 2021

 Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı statistika <span style="color:red">AÇIQLANDI</span>

“Hazırda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə respublikanın rayon və şəhərlərində Ədliyyə Nazirliyinin 85, “ASAN xidmət” mərkəzlərində isə 21 qeydiyyat şöbəsi məşğul olur”.

Qazet.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dedikdə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin və ölümün dövlət qeydiyyatı başa düşülür:

“Qeydə alınan əməliyyatlardan 63 %-i rayon (şəhər), 37 %-i “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrinin payına düşür”.