Bakı 10˚C Sunny

Vitamin Deposu: Avokadolu yüngül salat Reseptləri 

Maraqlı 16:16 18 may, 2022

Budur həyatımıza yaşıllıq qatan avokadolara həsr etdiyimiz siyahı!

Vitamin Deposu: Avokadolu yüngül salat Reseptləri 

Son vaxtların məşhur meyvəsi: Avokado. 

Ölkəmizdə yetişdirilməyən və buna görə də çox istehlak edilməyən meyvələrdən idi. Bunun faydası və dadı  sosial media vasitəsilə geniş kütlələrə yayılandan sonra dəbə düşdü. O qədər ki, biz indi ən ləzzətli avokadonu necə seçəcəyimizi və hansı xüsusiyyətlərə diqqət yetirəcəyimizi əzbər bilirik. Hətta buna görə ənənəvi  səhər yeməyi vərdişlərimizi də dəyişdik.

Qazet.az həyatımıza yaşıllıq qatan avokadolara həsr etdiyimiz siyahını diqqətinizə təqdim edir!


İlk növbədə, avokadonu necə istehlak etmək sualı ilə baş-başa qala bilərsiniz. Bizə adətən səhər yeməyinin tost və ya omletlə verildiyi ilə tanış olsaq da, əslində bir çox yeməklərin tərkibinə daxil edilə bilər. 

Uyğun resept və uyğun inqrediyentlərlə birləşdirsəniz, mətbəxinizə yeni rəng  qatacaq bir avokado yeməyinə çevrilməsi çox qısa zaman alacaq.

Tərkibindəki yüksək yağlar və aşağı xolesterol ilə sağlam qidalanmanın açarlarından biri olan avokadonun faydaları arasında görmə qabiliyyətini yaxşılaşdırmaq, həzmi tənzimləmək, dərini və saçı gözəlləşdirmək, ağciyərləri və böyrəkləri qorumaq, xərçəngə qarşı mübarizə xüsusiyyətləri dəƏ var.

Limon, zeytun yağı, bir çimdik şüyüd və sarımsaq... Çox sağlam meyvə olan avokadoya qəlyanaltı kimi təqdim etmək üçün əla resept! Üstəlik, o qədər praktikdir ki, bir neçə dəqiqə ərzində hazırlayıb süfrəyə verə bilərsiniz... 

 səhər yeməyi və ya qəlyanaltıda yeyə biləcəyiniz resept: avokado çörəkləri!

“Guacamole”- Avokado Sousu Resepti

Guakamole sousu Meksika mətbəxinə aiddir, lakin son illərdə dünyada çox məşhurluq qazanan yeməkdir. Dünyada avokado yeyən insanlar qədər guakamole reseptləri var. Ən orijinal formada, məsələn, yalnız “jalpeno” bibəri və keşniş olduğu deyilir. Soğan və pomidor əlavə etmək də çox yayılmış bir yanaşmadır.

Pendirli Avokado Salatı Resepti üçün Tərkibi :

1 ədəd avokado 

2 ədəd kiçik ölçülü xiyar 

20 ədəd çerri pomidor 

100 gr ağ pendir 

Sous üçün:

2 xörək qaşığı zeytun yağı

1 xörək qaşığı limon suyu 

1 çay qaşığı iri üyüdülmüş qara bibər

1/2 çay qaşığı duz

 

 

Pendirli avokado salatı resepti necə hazırlanır?  

Avokadonun tumunu çıxarın. Xiyar və avokadonu kiçik kublarla doğrayın. Pomidorları dörd hissəyə bölün. Soğan və cəfərini xırda doğrayın. Doğranmış tərəvəzləri qarışdırın. 
Ağ pendiri də kublar şəklində doğrayın və tərəvəzlərə əlavə edin.

Sousun inqrediyentlərini kiçik bir qabda yüngülcə silkələməklə qarışdırın, bütün salatın üzərinə tökün və sonra ləzzət alın.

 

Pendirli avokado salatını bu cür də sınayın

1 avokado 

 2 xörək qaşığı zeytun yağı  

2 xörək qaşığı limon suyu 

 2-3 diş sarımsaq 

1 stəkan xırdalanmış feta pendiri  

1 ovuc cəfəri  

1 çay qaşığı duz

Avokadonu çəngəllə əzin. İçinə zeytun yağı, limon suyu, duz və rəndələnmiş sarımsağı əlavə edib qarışdırın. Sonra ağ pendiri, xırda doğranmış cəfərini əlavə edib qarışdırın. Xidmət boşqabına çıxarın.   

3 avokado

1 limon  

3 xörək qaşığı zeytun yağı 

 yarım stəkan qoz 

 duz, cəfəri  1 çimdik 

2 diş sarımsaq

Avokadonu yuyun və qabığını soyun, tumunu çıxarın və bir qaba qoyun. Çəngəlin köməyi ilə əzdiyimiz avokadoya bütün digər ərzaqları əlavə edib yaxşıca qarışdırırıq.  

 

Nuş olsun, sağlam olun!