Bakı 14˚C Sunny

Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir

İdman 15:26 14 yan, 2022

Cokoviç ölkədən deportasiya olunacaq

Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir

Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçlə bağlı qərar verib.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı idmançının vizası ləğv olunub. Cokoviç ölkədən deportasiya olunacaq.

Houkun sözlərinə görə, qərar cəmiyyətin maraqlarına uyğun qəbul edilib. Hökumət rəsmisi bunun Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o məhkəmədə apellyasiya şikayətini qazanıb. Bununla belə, ölkə hakimiyyəti tennisçini deportasiya etmək hüququnu özündə saxlayıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.