Millət vəkili Vüqar Bayramov deyib
Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu isə o deməkdir ki, Türk dünyasının iki liderinin telefon danışığında bütün Türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması müzakirə olunub.
Qazet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir: "Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".
V.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
"Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək", - deyə Vüqar Bayramov əlavə edib.

Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
İlan adasında Ukrayna bayrağı qaldırılıb
İngiltərədə məşhur futbolçu həbs olunub
Rəcəbov sonuncu görüşdə qələbə QAZANDI
Ukraynaya daha bir yardım Avstraliyadan gəldi
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib
Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var
Fikriniz
- Rəy yazın
- Rəylər
- Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.
Dünya05:23 05.07.2022 - Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Dünya04:23 05.07.2022 - Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Vaşinqton əvvəlcə dörd RYAS haqda danışıb, Kiyevə verildikdən sonra isə artıq səkkiz sistem olduğunu bildirib.
Dünya03:11 05.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax- Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Dünya04:23 05.07.2022 - Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Vaşinqton əvvəlcə dörd RYAS haqda danışıb, Kiyevə verildikdən sonra isə artıq səkkiz sistem olduğunu bildirib.
Dünya03:11 05.07.2022
- Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
Türkiyəli nazir ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.
Dünya02:11 05.07.2022 - İlan adasında Ukrayna bayrağı qaldırılıb
İyunun 30-da Rusiya qoşunlarının fevralın 24-də ələ keçirdiyi İlan adasından çıxarılmasını təsdiqləyib.
Dünya01:45 05.07.2022