Bakı 11˚C Windy

Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto

Gündəm 19:32 01 iyl, 2022

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz tviter hesabında paylaşıb

Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto

Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz tviter hesabında paylaşıb.

Qeyd edək ki, Ermənistan və Türkiyə 2021-ci ilin dekabrında iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Türkiyə tərəfindən sözügedən nümayəndə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyan təyin olunub. Tərəflər artıq üç dəfə danışıqlar aparıb. Danışıqların ilk raundu Moskvada, digər ikisi isə Vyanada keçirilib. Sonuncu görüş isə mayın 3-ü Vyanada baş tutub.