Bakı 20˚C Partly sunny

"Whatsapp"dan çox sevəcəyiniz funksiya - Heç kim xəbər tutmayacaq - VİDEO

Biznes 19:20 19 may, 2022

“WhatsApp” yeni funksiya üzərində işləyir

"Whatsapp"dan çox sevəcəyiniz funksiya <span style="color:red">- Heç kim xəbər tutmayacaq - VİDEO</span>

“WhatsApp” tezliklə heç kim xəbər tutmadan qrupları tərk etməyə imkan verəcək yeni funksiya üzərində işləyir.

Qazet.az "Haber Global"a istinadən xəbər verir ki,  bu barədə "WABetaInfo" portalı məlumat yayıb. 

“WABetaInfo” tərəfindən edilən kəşfə görə, “Whatsapp” bu problemi həll etmək üçün axtarışa başlayıb. Bu yeni funksiya ilə siz qrupdan çıxdığınız zaman yalnız qrup adminlərinə məlumat veriləcək. Beləliklə, siz qrupdan gizlicə çıxa biləcəksiniz və buna görə heç kim sizi rahatsız etməyəcək.

Bu funksiya “WhatsApp”ın masaüstü versiyasında tamamlandıqdan sonra bütün platformalara gəlməsi gözlənilir. Lakin onun nə vaxt gələcəyini söyləmək hələ tezdir.

Xatırladaq ki, bu yaxınlarda “Whatsapp” qruplara qoşula biləcək insanların maksimum sayını 512-yə çatdırıb. Bu yeni funksiyanın köməkliyi ilə qrup adminlərindən başqa  qalan 510 nəfər sizin qrupdan çıxdığınızdan xəbərsiz olacaq.