Bakı 7˚C Sunny

"Whatsapp"da silinən mesajları qaytarmaq olacaq

Maraqlı 17:58 01 iyl, 2022

İndən belə mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, "Geri qaytar” düyməsi də görünəcək

"Whatsapp"da silinən mesajları qaytarmaq olacaq

Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp” yeni xüsusiyyətləri ilə istifadəçi təcrübəsini yaxşılaşdırmağa çalışır. Bundan sonra silinən mesajları bərpa etmək mümkün olacaq.

Qazet.az xəbər verir ki, indən belə mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, "Geri qaytar” düyməsi də görünəcək.

Funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkün olacaq.

Məlumatda o da qeyd olunur ki, "geri qaytar” düyməsi "Məndən sil” funksiyası ilə silinən ismarışları qaytarır, amma bunun "Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil.

Hələ inkişaf mərhələsində olan yeni xüsusiyyətin hamı üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.