Bakı 16˚C Partly sunny

Xalq artistinin yubileyi keçiriləcək

Maraqlı 13:38 28 apr, 2022

Xarici ölkə bəstəkarlarının əsərləri də təqdim olunacaq

Xalq artistinin yubileyi <span style="color:red">keçiriləcək</span>

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 ilinə həsr olunan gecə keçiriləcək.

Qazet.az xəbər verir ki, Mədəniyyət nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbir mayın 6-da gerçəkləşəcək.

Gecədə tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır. Eyni zamanda professor Ramiz Quliyevin Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub.