Xankəndi talanları ilə bağlı növbəti videoçarx hazırlanıb - VİDEO
Tarix14:2017 sentyabr, 2021

Azərbaycan tarixi unutmur

Xankəndi talanları ilə bağlı növbəti videoçarx hazırlanıb - <span style="color:red">VİDEO</span>
Bizi-da oxuyun

Qarabağa dönüş təşkilatı tərəfindən “Xankəndi talanları” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb.

Təşkilatdan Qazet.az-a verilən xəbərə görə, bu gün həmin hadisələrdən 33 il keçir.

Belə ki, 1988-ci ilin sentyabrın 17-dən 18-nə keçən gecə Azərbaycanın Xankəndi şəhərində erməni talanları pik həddə çatıb, şəhərdən azərbaycanlı əhalini didərgin salmaq məqsədi ilə 3 gün ərzində 64 ev yandırılıb, soydaşlarımıza divan tutulub.

Qeyd edək ki, Qarabağa dönüş təşkilatı bir ildən çoxdur Xankəndi şəhərində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət “Xankəndi talanları” layihəsi çərçivəsində bir sıra videoçarxlar hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edib.

“Xankəndi talanları” layihəsinin növbəti qonağı həmin hadisələrin şahidi Nadir Rəşidovdur.

Nadir Rəşidovun videomüsahibəsini təqdim edirik:

Fikriniz