Bakı 11˚C Sunny

XİN: "Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"

Siyasət 11:46 02 apr, 2022

Biz bu münasibətlə Çin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq

XİN: "Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

Qazet.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Çin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.