Xocalıda iki nəfər minaya düşüb
Aktual10:5722 iyul, 2021

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır

Xocalıda iki nəfər minaya düşüb
Bizi-da oxuyun

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı Rayon Prokurorluğundan Qazet.az-a verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0