Bakı 16˚C Partly sunny

Xorvatiyanın xarici və Avropa işləri naziri Azərbaycana rəsmi səfər edib

Siyasət 11:06 20 okt, 2021

Bu gün Qordan Qriliç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək

Xorvatiyanın xarici və Avropa işləri naziri Azərbaycana rəsmi səfər edib

Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri cənab Qordan Griliç ölkəmizə rəsmi səfərə gəlib.

Qazet.az xəbər verir ki, səfər çərçivəsində Qordan Qriliç Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdən sonra Azərbaycan və Xorvatiyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.