Xorvatiyanın XİN başçısı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib
Xarici siyasət14:1120 oktyabr, 2021

 Qordan Qrliç Radman birgə mətbuat konfransında deyib

Xorvatiyanın XİN başçısı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib
Bizi-da oxuyun

"Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir".

Qazet.az xəbər verir ki, bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radman xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, koronavirusa qarşı mübarizədə və Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib.

Xorvatiyalı nazir Azərbaycana İKT və digər sahələrdə faydalı əməkdaşlıq təklif edəcəklərini bildirib: “Biz Xorvatiya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Xorvatiyada çalışmasında maraqlıyıq”.

Fikriniz