Bakı 13˚C Mostly sunny

"Yağ yandıran" detoks smuzi- RESEPT

Maraqlı 15:25 23 apr, 2022

Bədəninizi toksinlərdən təmizləyərək arıqlamaq istəyirsinizsə, bu  detoks smuzi reseptini sınayın

"Yağ yandıran" detoks smuzi- <span style="color:red">RESEPT</span>

Orqanlarınız gün ərzində bədəninizi toksinlərdən təmizləmək üçün çox çalışır. Müxtəlif detoks içkilərinin istehlakı, orqanlarınızın müntəzəm detoks funksiyalarını təşviq etmək və dəstəkləmək üçün çox faydalı ola bilər.

Detox smuzi bədəninizi təmizləmək və arıqlamaq üçün ən yaxşı yoldur. Bədəninizi toksinlərdən təmizləyərək arıqlamaq istəyirsinizsə, bu “yağ yandıran” detoks smuzi reseptini sınayın. 

Qazet.az sizin üçün hazırladığımız vitamin və minerallarla dolu bu “yağ yandıran” smuzini təqdim edir.

İnqridiyentlər :

1 stəkan doğranmış ananas dilimləri  

1 yaşıl alma 

1 stəkan ispanaq  

1 stəkan dəmlənmiş və soyudulmuş yaşıl çay

 2 ədəd təzə zəncəfil 

1 stəkan kokos suyu

1 xörək qaşığı limon suyu

2 çay qaşığı bal

yarım xiyar

6-8 təzə nanə yarpağı 

 

Hazırlanması : 

1: Blender qabına 1 stəkan ispanaq, təzə zəncəfil parçaları, 1 stəkan dəmlənmiş və soyudulmuş yaşıl çay və 1 stəkan kokos suyunu yerləşdirin. Homogen kütlə alınana qədər qarışdırın.

2: Sonra qarışığa 1 stəkan doğranmış ananas parçaları, 1 doğranmış yaşıl alma, doğranmış yarım xiyar əlavə edin. Blenderdə  qarışdırın.

3: 2 çay qaşığı bal və nanə yarpağı əlavə edin. Yarım limonun suyunu sıxın. Yenidən qarışdırın və möcüzəli içkidən zövq alın. 

Nuş olsun!