Bakı 17˚C Sunny

Yanvarda Türkiyəyə 1,3 milyona yaxın turist gəlib

Gündəm 22:50 21 fev, 2022

Türkiyəyə turist axını keçən ilin eyni ayı ilə müqayisədə 50% artıb.

Yanvarda Türkiyəyə 1,3 milyona yaxın turist gəlib

2022-ci ilin yanvar ayında Türkiyəyə 1 281 666 xarici vətəndaş səfər edib.

Qazet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Türkiyəyə turist axını keçən ilin eyni ayı ilə müqayisədə 50% artıb.

Hesabat dövründə Türkiyəyə ən çox Rusiyadan qonaqlar gəlib - 134 215 nəfər. Bu baxımdan “Top-10”un sonrakı yerlərində Bolqarıstan (109 971), İran (106 957), Almaniya (102 572), Böyük Britaniya (34 952), Niderland (34 605), Fransa (29 664), Belçika (16 266), Avstraliya (12 890) və Polşa (10 313) qərarlaşıb.