Bakı 15˚C Mostly sunny

Yazıçı İlqar Fəhmi müsabiqənin QALİBİ OLDU

Gündəm 19:30 25 may, 2022

Pyesə teatrda quruluş veriləcək

Yazıçı İlqar Fəhmi müsabiqənin <span style="color:red">QALİBİ OLDU</span>

Qarabağ – Vətən müharibəsi mövzusunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “2783…” adlı pyes müsabiqəsinin qalibi müəyyən olunub.

Qazet.az Kult.az-a istinadən xəbər verir ki, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyətinin yüksək qiymətlərini alaraq qalib elan olunub.

Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq.

Həmçinin müsabiqə şərtlərinə görə əsər “Azərbaycan” dərgisində işıq üzü görəcək.