Bakı 13˚C Mostly sunny

Yazıçı prezident olacaq

Maraqlı 15:26 01 dek, 2021

Bernardine Evaristo cəmiyyətin ikinci qadın prezidenti olacaq 

Yazıçı prezident olacaq

2019-cu ildə “Qız, qadın, başqaları” romanı ilə Buker Mükafatını qazanan yazıçı Bernardin Evaristo bu ilin sonunda Marina Uornerin yerinə keçəcək.

Qazet.az “The Guardian”a istinadən xəbər verir ki, Bernardine Evaristo Kral Ədəbiyyat Cəmiyyətinin növbəti prezidenti olmaqda iddialıdır. O, bu vəzifəni tutacaq ilk qaradərili yazıçı olacaq.

Xanım Evaristo cəmiyyətin iki yüz illik tarixində ikinci qadın prezident kimi tanınacaq.

Qeyd edək ki, Kral Ədəbiyyat Cəmiyyəti 1820-ci ildə Kral IV George tərəfindən ədəbi istedadı stimullaşdırmaq məqsədilə yaradılmış nüfuzlu ədəbi təşkilatdır. Təşkilatın binası Londonda yerləşir. Cəmiyyətə ingilis dilində yazan yazıçılar, şairlər, dramaturqlar, bioqraflar, ədəbiyyatşünaslar və ssenaristlər qəbul edilir.