Bakı 23˚C Partly sunny

Yazıçılar Birliyində növbəti məruzə dinlənildi

Maraqlı 13:54 28 apr, 2022

O, çağdaş ədəbi prosesləri ətraflı şərh edib

Yazıçılar Birliyində növbəti məruzə dinlənildi

Aprelin 27-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultayqabağı məruzələr silsiləsindən daha bir konfrans keçirilib.

Qazet.az xəbər verir ki, konfransda çağdaş ədəbi mühitimizin tanınmış nümayəndələrindən olan şair-publisist Əkbər Qoşalının məruzəsi dinlənilib.

“Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda türk dünyası” adlı məruzədə Ə.Qoşalı mövzu ilə bağlı fikir və mülahizələrini həm tarixi-statistik, həm də bədii-estetik planda diqqətə çatdıraraq, sözügedən mədəni-ideoloji platformadakı çağdaş ədəbi prosesləri ətraflı şərh edib.