Yeni il gecəsində qar yağacaq? – Nazirlikdən açıqlama
Cəmiyyət
16:05 29 dek, 2021
Nazirlik nümayəndəsi Yeni İl gecəsi ən çox yağıntının 2009-cu ildə olduğunu bildirib
Yeni il gecəsində qar yağacağı gözlənilmir.
Qazet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
Nazirlik nümayəndəsi Yeni İl gecəsi ən çox yağıntının 2009-cu ildə olduğunu bildirib:
"Son illərdə Yeni il gecəsi qar 2007, 2009, 2012, 2016-cı illərdə yağıb. 2009-cu il bayram günü ən soyuq hava müşahidə edilib, iki dərəcə şaxta olub. Hətta o gün qar örtüyü 14 sm olub. Bu bayramda isə qar yağacağı gözlənilmir".