Bakı 16˚C Partly sunny

Yeni nazir UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

İdman 14:44 14 okt, 2021

Görüşdə hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib

Yeni nazir UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın Yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb.

Nazirliyin Mətbuat Xidmətindən Qazet.az-a verilən məlumata görə, görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.

Nazir həmçinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb. 

Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkədəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib. Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.