Bakı 19˚C Sunny

Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

Gündəm 17:34 28 sen, 2021

Sabahdan etibarən  yollarda sıxlıqların və tıxacların daha da çoxalması ehtimal olunur

Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, sabahdan etibarən təhsilin əyani formada tam başlanması ilə əlaqədar yollarda sıxlıqların və tıxacların daha da çoxalması ehtimal olunur.

“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, ictimai məsuliyyəti artırsınlar. Qanunlara, yol hərəkəti haqqında qanuna ciddi riayət etsinlər. Nəzərə alsınlar ki, ən xırda inzibati xəta hesab olunan dayanma-durma kimi qaydaların pozulması ,yolların hərəkət istiqamətinin zəbt olunması paytaxt ərazisində saatlarla davam edən sıxlıqlara, tıxaclara gətirib çıxarır. Bu cür hallara yol verməmək üçün hər bir vətəndaşımızdan ictimai məsuliyyəti artırmağı xahiş edirik. Nəzərə alsınlar ki, yol polis əməkdaşlarının sayı kifayət qədərdir. Bütün küçə və prospektlərdə onlar nizamlayıcı qismində tıxacların, sıxlıqların qarşısını almaq üçün gücləndirici qaydada fəaliyyət göstərirlər. Lakin yenə də vətəndaşlar tərəfindən ictimai məsuliyyət önəmlidir”, - o bildirib.

apa