Bakı 11˚C Sunny

Yolunu azan cavabını alacaq - Ankaradan xəbərdarlıq

Siyasət 16:38 17 okt, 2021

Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər

Yolunu azan cavabını alacaq - Ankaradan xəbərdarlıq

Türkiyə və Şimali Kiprin Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövqeyini görməzdən gəlməklə nəticə əldə etmək olmaz.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

"Yunanıstan və Cənubi Kipr rəhbərliyi Malta bayraqlı gəmi ilə daxili sularımızda araşdırma aparmağa cəhd göstərir. Bir daha xəbərdarlıq edirik. Aralıq dənizində rotasını itirən cavabını alar. Kimlə əməkdaşlıq edirlərsə etsinlər. Ancaq sığındıqlarına inanaraq Türkiyəyə qarşı səhv addım atmağa çalışmasınlar. Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər", - F.Oqtay bildirib.