Bakı 13˚C Mostly sunny

“YouTube”da yeni funksiya: Məhsulları birbaşa videodan əldə etmək mümkün olacaq

Biznes 11:46 21 okt, 2021

Funksiyanın sınaqları iki həftə davam edəcək

“YouTube”da yeni funksiya: Məhsulları birbaşa videodan əldə etmək mümkün olacaq

“YouTube” videohostinqi yeni funksiyanı sınaqdan keçirəcək.

Qazet.az xəbər verir ki, noyabrın 15-dən etibarən platformadakı videoçarxlarda reklam olunan məhsulları daha asan şəkildə əldə etmək mümkün olacaq.

Bu məqsədlə videoların üzərinə səbət piktoqramı əlavə ediləcək. Onun vasitəsilə izləyici göstərilən məhsulu birbaşa videodan ala biləcək.

Funksiyanın sınaqları iki həftə davam edəcək. Nəticələrin müsbət olacağı təqdirdə, birbaşa alış funksiyası kütləvi istifadəyə veriləcək.