Bakı 17˚C Partly sunny

Zaqatalada sel kəndlərə ziyan vurdu

Cəmiyyət 12:18 29 iyn, 2022

Hazırda rayonda güclü yağış davam edir

Zaqatalada sel kəndlərə ziyan vurdu

Zaqatala rayonunda sel kəndlərə ziyan vurub.

Qazet.az xəbər verir ki, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb.

Belə ki, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub. Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Zaqatala rayonunda güclü yağış davam edir.


Qaynaq