Bakı 22˚C Sunny

"Zaurun verilişi barədə SƏRT TƏDBİRLƏR görülməlidir" - AİF prezidenti

Cəmiyyət 15:13 01 iyl, 2022

ARB TV məsuliyyət daşıyır

"Zaurun verilişi barədə SƏRT TƏDBİRLƏR görülməlidir" - AİF prezidenti

“ARB kanalında aparıcı Zaur Kamalın müğənni Afşin Azərini aşağılaması və alçaltması, efirdən qovması nəinki etik sərhədləri aşmaqdır, həm də ciddi qanun pozuntusudur”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, burada açıq-aşkar şərəf və ləyaqətin alçaldılmasına, nüfuzdan salınmaya yönəlik hərəkətlər olub: “Eyni zamanda, veriliş canlı yayımlanmasına baxmayaraq, ARB televiziyasının da imkanları olub ki, bunun qarşısını alsın. Lakin göründüyü kimi, cavabdeh şəxslər buna əməl etməyib. Bu baxımdan ARB TV də baş verənlərə məsuliyyət daşıyır".

AİF prezidenti hesab edir ki, Audiovizual Şura, MEDİA və Mətbuat Şurası ARB-nin adıçəkilən verilişində qanunvericiliyin tələblərinin və etik prinsiplərin pozulmasına münasibət bildirməli və sərt tədbirlər görməlidir.