Bakı 6˚C Windy

Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”

Cəmiyyət 21:49 18 may, 2022

Rusiya XİN rəsmisi qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər.

Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”

“Rusiya tərəfi üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir”.

Qazet.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, - M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər.