Bakı 12˚C Partly sunny

Zelenski: “Yeni güclü müdafiə yardımı gözləyirik"

Gündəm 21:00 21 may, 2022

Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib

Zelenski: “Yeni güclü müdafiə yardımı gözləyirik"

“Ukraynanın dətəklənməsinə əlavə yardım haqqında qanunu imzaladığı üçün ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edirəm”.

Qazet.az UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə tviter səhifəsində ABŞ Prezidenti Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib.

O qeyd edib ki, Rusiyaya qarşı mübarizədə ABŞ-ın liderliyi, Prezident Bayden və Amerkia xalqının Ukraynanı dəstəkləməsi çox vacibdir:

“Yeni güclü müdafiə yardımı gözləyirik. Bu gün o, heç vaxt olmadığı qədər lazımdır”.

Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.