Bakı 24˚C Mostly sunny

Zelenskidə savaşın taleyini dəyişəcək plan var!

Gündəm 02:47 01 iyl, 2022

“Zelenskinin və Ukrayna hakimiyyətinin baxış bucağının nə olduğunu anlamaq üçün bu sammit başlamazdan əvvəl Kiyevə getdim”

Zelenskidə savaşın taleyini dəyişəcək plan var!

Ukrayna hakimiyyətində Rusiya ilə müharibənin gedişatını dəyişəcək plan var.

Qazet.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.

Conson hesab edir ki, Ukrayna həqiqətən də 2022-ci ilin sonuna kimi Rusiyanın müvəqqəti işğal etdiyi əraziləri azad edə bilər:

"Zelenskinin və Ukrayna hakimiyyətinin baxış bucağının nə olduğunu anlamaq üçün bu sammit başlamazdan əvvəl Kiyevə getdim. Və onlar həqiqətən də bu il, yaxın aylarda müharibənin dinamikasını dəyişməyin yolunu bilirlər. Ona görə də indi Ukraynanın sağ qalması üçün bacardığımız qədər kömək etmək vacibdir”, - Britaniyanın Baş naziri bildirib.