Bakı 15˚C Mostly sunny

Zelenskinin köməkçisinə silahlı hücum olundu - FOTO

Gündəm 15:00 22 sen, 2021

Ukrayna Prezidenti Vladimir Zelenskinin birinci köməkçisi Sergey Şefirə qarşı sui-qəsd təşkil edilib.

Zelenskinin köməkçisinə silahlı hücum olundu - <span style="color:red">FOTO</span>

Bu barədə məlumatı “Strana.ua” yayıb. Bildirilir ki, naməlum şəxslər Sergey Şefirin olduğu avtomobilə atəş açıb.

İnsident zamanı S.Şefir xəsarət almayıb. Lakin bununla belə, onun sürücüsü odlu silahdan 3 güllə yarası alıb. 

Qeyd olunur ki, sürücü hazırda reanimasiyadadır və vəziyyəti ağırdır.

İnsident barədə məlumat hələ rəsmi təsdiq olunmayıb.