Zəngəzur dəhlizinin tikinti layihəsinin hazırlanması prosesi necə gedir? - Mikayıl Cabbarovdan AÇIQLAMA
Daxili siyasət17:2911 noyabr, 2021

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Zəngəzur dəhlizinin tikinti layihəsinin hazırlanması prosesi necə gedir? - <span style="color:red">Mikayıl Cabbarovdan AÇIQLAMA</span>
Bizi-da oxuyun

Azərbaycan Zəngəzur dəhlizinin tikintisi layihəsinin hazırlanması prosesini sürətləndirib.

Qazet.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) iqtisadi zirvə görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycan nəqliyyat sektorunun, ticarət dövriyyəsinin, eləcə də logistika imkanlarının inkişafı sahəsində digər türk dövlətləri ilə fəal əməkdaşlıq edir.

"Ölkələrimiz əlaqələrin inkişafının sürətlənməsinə xidmət edən ticari-iqtisadi platformaya malikdir. Bu baxımdan Türkdilli Ölkələr Fondunu qeyd etmək olar." - deyə M.Cabbarov bildirib.

O qeyd edib ki, pandemiya dövründə iqtisadi əlaqələrin inkişafı əməkdaşlığın ən vacib istiqamətlərindəndir.

"Bu ilin ilk doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatı 4,8 faiz, qeyri-neft sektoru 6,2 faiz, ticarət dövriyyəsi 24 faiz, mal ixracı isə 32 faiz artıb. Ölkəmizin ticarət dövriyyəsinin böyük hissəsi türkdilli ölkələrin payına düşür".

Nazir xatırladıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazilərini 30 illik erməni işğalından azad edib:

"Ərazilərimizin azad edilməsi üzrə azad mübarizəmiz dövründə bütün türkdilli dövlətlər, o cümlədən qardaş Türkiyə bizə dəstək göstərdi. Bütün bu ölkələrə təşəkkür edirəm. Vurğulamaq istəyirəm ki, Qarabağda şəhər və kəndlərin fəal bərpası davam edir. Həmçinin, Azərbaycanla Naxçıvanı quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin tikintisi layihəsinin hazırlanması prosesi sürətləndirilib." - deyə M.Cabbarov yekunlaşdırıb.

Fikriniz