Bakı 13˚C Mostly sunny

Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb - FOTO

Cəmiyyət 17:54 16 okt, 2021

Yaşıllığın təqribən yarısı zeytun ağaclarından ibarətdir

Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb - FOTO

Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Ramiq Əşrəfov deyib.

Onun sözlərinə görə, salınan yaşıllığın təqribən yarısı zeytun ağaclarından ibarətdir:

"Həmçinin ərazidə eldar şamı, sərv, nar, əncir ağacları var. Abşeron yarımadasında yaşıllaşdırma işinə 2010-cu ildə start vermişik. Keçmiş Yod-brom zavodu ərazisində 170 hektar çirklənmiş ərazidən 42 min kuba yaxın yod-brom duz qalıqlarını çıxarıb konservləşdirmişik. Eyni zamanda neft tullantıları da konservləşdirilib və ərazidə zeytun bağları salınıb.

Aeroport ərazisində isə 272 hektar sahə təmizlənərək yaşıllıq salınıb. Ümumilikdə yaşıllıq sahələrində layihə çərçivəsində 5 milyon 500 mindən çox müxtəlif ağac yetişdirilib. Növbəti illərdə bu işlər davam etdiriləcək".