Bakı 12˚C Sunny

Zirə" bu gün avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər

İdman 11:15 08 may, 2022

3 görüşdə isə heç-heçə qeydə alınıb

Zirə" bu gün avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.                          Qazet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Avdokuboklara vəsiqə qazanmaq istəyən "Sabah" "Səbail"lə üz-üzə gələcək. "Dənizçilər" 15 xalla sonuncu - 8-ci, qonaqlar 36 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 14 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Sabah", 5-də meydan sahibləri qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də qonaqlar üstündür - 16:13.

Günün ikinci matçında çempionluğu təmin edən "Qarabağ" "Zirə"ni qəbul edəcək. Paytaxt klubu qalib gəlsə, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək. "Köhlən atlar" 59 xalla liderdir, "qartallar" 42 xalla 3-cü sıradadır. Premyer Liqadakı əvvəlki 26 oyunun 18-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 8-i heç-heçə bitib. "Zirə" indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:12.

Azərbaycan Premyer Liqası, XXVI tur
8 may (bazar)

18:00.“Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”

20:15. “Qarabağ” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”

Qeyd edək ki, tura mayın 9-da oynanılacaq "Qəbələ"- "Neftçi" və "Sumqayıt" - "Şamaxı" matçları ilə yekun vurulacaq.