Bakı 13˚C Sunny

"Zirə" qələbə qazandı, 2-ci pilləyə yüksəldi

İdman 20:36 20 noy, 2021

 "Zirə" 2-ci pilləyə yüksəlib, 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb

"Zirə" qələbə qazandı, 2-ci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.

Qazet.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq.