Bakı 7˚C Sunny

Zmeyinıda Ukrayna bayrağı qaldırıldı: Hərbi əməliyyat başa çatdı

Gündəm 18:41 04 iyl, 2022

 Rusiya öz qoşunlarının Zmeyinı adasından çıxarılmasını təsdiqləyib

Zmeyinıda Ukrayna bayrağı qaldırıldı: Hərbi əməliyyat başa çatdı

Zmeyinı adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarıldı.

Qazet.az zəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.
“Zmeyinı adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və hazırda ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”, - deyə o qeyd edib.

UNİAN-ın xəbər verdiyi kimi, 2022-ci ilin fevralında genişmiqyaslı işğalın ilk günlərində rusiyalı hərbçilər Ukraynanın Qara dənizdəki Zmeyinı adasını ələ keçirmişdilər.

İyunun 30-da isə Rusiya öz qoşunlarının Zmeyinı adasından çıxarılmasını təsdiqləyib.