Zumba rəqsi nədir? Onun faydaları
Maraqlı19:4903 may, 2021

Zumba 1990-cı illərdə yaranmış olduqca aktiv bir rəqs və eyni zamanda etnik ruhlu bir fitness proqramıdır

title
Bizi-da oxuyun

Zumba salsa, mambo, ça-ça, flamenko, oriental, hip-hop və tanqo kimi bir çox fərqli rəqslərin birləşməsindən yaranan bir idman növüdür. Bu qarışıqlardan hazırlanmış 7 növ zumba rəqsi var. Bu növlərin seçimi insanın yaşına, çəkisinə və vəziyyətinə görə dəyişir.

Zumba 1990-cı illərdə yaranmış olduqca aktiv bir rəqs və eyni zamanda etnik ruhlu bir fitness proqramıdır. Yüksək tempdə bir saatlıq zumba seansı ilə 600 kalori yandırmaq mümkündür. Normal rəqslər üçün ortalama 200-300 olduğu qəbul edilən bu dəyərin zumbada 600-ə yüksəldiyini söyləmək kifayətdir ki, onun effektivliyini haqda təsəvvür yaransın. Lakin zumbanın faydaları yalnız kilo verməklə məhdudlaşmır.

 

1 saatlıq zumba ilə təxminən 500 kkal. enerji sərf etmək olar. Ağırlıq qaldırmaq və ya qaçış kimi darıxdırıcı hərəkətlərin yerinə zumba rəqsi daha əyləncəli görünür.

Hər insan idman etməyi sevmir. Bir çoxları həvəslə idmana başlasa da, qısa müddətdə nəticə əldə etmədiyi üçün idmanı yarımçıq buraxır. Zumbada belə bir çatışmazlıq yoxdur.

Arıqlamağa çalışan insanların ən böyük problemlərindən biri də qısa müddətdə istədikləri nəticəni ala bilməmələridir. Buna görə ruhdan düşmüş insanlar çəki itirmək prosesini tamamlaya bilmirlər. Zumbanın qısa müddətdə effekt verməsi isə insanı həvəsləndirir və motivasiyanı artırır.

Zumba yaş məhdudiyyəti və şərtləri olmayan bir rəqsdir. Heç bir ciddi xəstəliyi olmayan hər kəs bu rəqslə məşğul ola bilər.

Rəqs insanlarda serotonin (xoşbəxtlik) hormonunu artıran bir fəaliyyətdir. Rəqs etməklə sizi sevindirən zumba stresi aradan qaldırmağa kömək edir, enerjini artırır. 

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0