“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib
Gündəm
10:39 09 avq, 2022
Müdafiə Nazirliyi məlumat yaydı
"Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Qazet.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.
Qeyd edək ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.