Bakı 1˚C Showers

"2018-ci ildə biz 7 rayonu qaytarmalı idik" - Paşinyan

Gündəm 12:37 07 okt, 2021

"Müharibədən qaçdığımızı düşünə bilərdilər"

"2018-ci ildə biz 7 rayonu qaytarmalı idik" - <span style="color:red">Paşinyan</span>

"2018 -ci ildə Qarabağla bağlı danışıqlar prosesinin məzmununu tam şəkildə açıqlaya bilərdim və yeddi rayonu Azərbaycana qaytarmalı olduğumuzu deyə bilərdim." 

Qazet.az xəbər verir ki, bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan Milli Məclisində hökumətlə sual -cavab keçirilən zaman bəyan edib.

Bundan əlavə, onun sözlərinə görə, yuxarıda göstərilən məzmuna görə, azərbaycanlılar Qarabağdakı digər yaşayış məntəqələri kimi Şuşaya da qayıtmalı idilər.

Paşinyan niyə xalqa vəziyyəti açıq şəkildə deməməsinə də aydınlıq gətirib. Onun fikrincə əgər 7 rayonu Azərbaycana qaytarmalı olduqlarını açıqlasa bundan onun əleyhinə döyüşdən qaçdığı kimi propoqandalarda istifadə olunacağını düşünməsi olub.

"Niyə bunu etmədim? Çünki danışıqlar prosesinin məzmununun açıqlanması beynəlxalq bir qalmaqala və onsuz da gərgin vəziyyətin qaçılmaz gərginliyinə səbəb olardı. Müharibədən qaçdığımızı düşünə bilərdilər", deyə Paşinyan əlavə edib.

Baş nazirin fikrincə, hadisələrin bu cür inkişafı halında nəticələr daha ağır olardı.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.